Argentina millisi yoldaşlıq görüşündə Boliviya ilə qarşılaşıb.

"Unikal" xəbər verir ki, Kordovadakı “Mario Alberto Kempes” stadionunda keçirilən oyun argentinalıların böyükhesablı qələbəsi ilə başa çatıb – 4:0.

Qolları Lautaro Martines (19), Niko Pas (29), Kristian Romero (53) və Xese Lopes (83) vurub.

Bu, Argentina millisinin DÇ-2026-nın finalında İspaniyaya uduzduqları oyundan (0:1) sonrakı ilk qarşılaşmasıdır.

Argentina növbəti yoxlama oyununda oktyabrın 4-də Burkina-Faso ilə qarşılaşacaq. Boliviya isə oktyabrın 5-də Qambiya ilə üz-üzə gələcək.