Amerikalı aktyor Dennis Haskins 75 yaşında vəfat edib.
"Unikal" xəbər verir ki, onun ölüm səbəbi açıqlanmayıb. Aktyor ömrünün son səkkiz ilində parkinson xəstəliyindən əziyyət çəkib.
Dennis Haskins 1989-cu ildən 1993-cü ilə qədər rol aldığı "Zənglə xilas edilənlər" sitkomunda məktəb direktoru rolu ilə tanınır.
Haskins aktyorluq karyerası ərzində 100-dən çox rol oynayıb, o cümlədən "Qərb qanadı", "Ağılsızlar", "Filadelfiyada həmişə günəşlidir", "Ananızla necə tanış oldum" və bir çox digər seriallardakı rolları ilə tanınır.

























































