Xəbər verdiyimiz kimi, Yelisey sarayında Fransa Prezidenti Emmanuel Makronla Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü olub.
"Unikal" xəbər verir ki, görüş zamanı tərəflər ikitərəfli əlaqələrin prioritet sahəsi kimi iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
Bu kontekstdə tərəflər Ermənistanın ölkə iqtisadiyyatını şaxələndirmək üçün ardıcıl addımlarını xüsusilə qeyd ediblər. Paşinyan bildirib ki, Şimal-Cənub strateji nəqliyyat dəhlizinin bir hissəsini təşkil edəcək Bərgüşad tunelində tikinti işlərinin əsas mərhələsinə qədəm qoyub. Bu baxımdan, tikinti işlərinə mümkün qədər tez başlamağın vacibliyi vurğulanıb.
Makron öz növbəsində strateji əməkdaşlıq haqqında ikitərəfli bəyannaməyə uyğun olaraq bütün sahələrdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Paşinyan kosmik sektorda Fransa ilə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini bildirib.
Onlar, həmçinin, regional proseslərə toxunaraq, sülhün möhkəmləndirilməsinə yönəlmiş addımların ardıcıl şəkildə həyata keçirilməsini vurğulayıblar.














































.jpg)

.jpg)





