Ermənistan Baş nazirinin mətbuat katibi Melaniya Harutyunyan Baş nazir Nikol Paşinyanın Parisə niyə müntəzəm uçuşla getməsi ilə bağlı suala cavab verib.
"Unikal" xəbər verir ki, onun sözlərinə görə, hökumət təyyarəsi yoxlamalardan keçir:
"Hökumət təyyarəsi yoxlamalardan keçir, buna görə də baş nazir müntəzəm uçuşla yola düşüb".
İlkin məlumatlara görə, Paşinyan Fransaya "Air France" təyyarəsi ilə yola düşüb.
O, Parisdə keçirilən Beynəlxalq Kosmik Sammitdə iştirak etmək üçün Fransada iki günlük işgüzar səfərdədir.














































.jpg)

.jpg)





