“Neftçi” lüksemburqlu futbolçu Alessio Kurçi ilə yollarını ayırıb.

"Unikal" xəbər verir ki, bu barədə “ağ-qaralar”ın saytı məlumat yayıb.

Tərəflər arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, ötən ilin yayında transfer olunmuş Alessio Kurçi komandanın heyətində 19 rəsmi oyun keçirib, 2 qol vurub və 1 assist edib.