Futbol üzrə dünya çempionatını İngiltərə - Argentina oyununda ikinci qol vurulub.

"Unikal" xəbər verir ki, Atlanta stadionunda keçirilən yarımfinal mərhələsinin matçında  Amerika təmsilçisi hesaba tarazlıq gətirib - 1:1.

85-ci dəqiqədə Enzo Fernandes uzaq məsafədən qapını dəqiq nişan alıb.

 

XXX

00:18

Futbol üzrə dünya çempionatının İngiltərə - Argentina oyununda ilk qol vurulub.

"Unikal" xəbər verir ki, Atlanta stadionunda keçirilən yarımfinal mərhələsinin matçında avropalılar hesabda irəli çıxıblar. 55-ci dəqiqədə Entoni Qordon fərqlənib.

XXX

00:09

Futbol üzrə dünya çempionatının İngiltərə - Argentina oyununda ikinci hissə başlayıb.

"Unikal" xəbər verir ki, Atlanta stadionunda keçirilən yarımfinal mərhələsinin matçında qapılara qol vurulmayıb - 0:0.

Qarşılaşmanı ABŞ-dən olan FIFA referisi İsmail Elfat idarə edir.

 

XXX

15 iyul, 23:49

Futbol üzrə dünya çempionatının İngiltərə - Argentina oyununda ilk hissə bitib.

"Unikal" xəbər verir ki, Atlanta stadionunda keçirilən yarımfinal mərhələsinin matçında qapılara qol vurulmayıb - 0:0.

Qarşılaşmanı ABŞ-dən olan FIFA referisi İsmail Elfat idarə edir.

XXX

23:00

Futbol üzrə dünya çempionatının İngiltərə - Argentina oyunu başlayıb.

"Unikal" xəbər verir ki,  yarımfinal mərhələsinin matçı Atlanta stadionunda keçirilir.

Qarşılaşmanı ABŞ-dən olan FIFA referisi İsmail Elfat idarə edir.