Qabonlu hücumçu Pyer-Emerik Obameyanq karyerasını İspaniyada davam etdirəcək.
"Unikal" xəbər verir ki, bu barədə "Footmercato" məlumat yayıb.
37 yaşlı futbolçu "Marsel"dən ayrılaraq "Deportivo" ilə 2 illik müqavilə imzalayacaq. Məlumata görə, La Korunya təmsilçisi 1,5 milyon avroluq satınalma bəndini aktivləşdirəcək.
Bildirilir ki, "Marsel" Çempionlar Liqasına vəsiqə qazana bilmədiyi və maaş büdcəsini azaltmağa çalışdığı üçün Obameyanqla yollarını ayırmağa məcbur olub. Komandanın baş məşqçisi Bruno Jenezio da mətbuat konfransında hücumçunu komandada saxlamaq istədiyini, lakin maliyyə vəziyyətinin buna imkan vermədiyini söyləyib.
Obameyanq ötən mövsüm bütün turnirlərdə 41 oyunda iştirak edib, 14 qol vurub və 10 məhsuldar ötürmə verib. O, daha əvvəl La Liqada "Barselona"nın da formasını geyinib. Səkkiz ildən sonra yenidən İspaniya yüksək liqasına yüksələn "Deportivo" təcrübəli hücumçunun köməyi ilə elitada qalmağı hədəfləyir.
















.jpg)




.webp)

















.webp)













