Xəbər verdiyimiz kimi, futbol üzrə dünya çempionatında İngiltərə Norveçə qalib gəlib.
"Unikal" xəbər verir ki, İngiltərəyə 2-1 hesabı ilə məğlub olduqdan sonra 2026-cı il Dünya Kubokundan dörddəbir finalda kənarlaşdırılan Norveçdə günah "Trabzonspor"un keçmiş hücumçusu Aleksandr Sörlotun üzərinə atılıb.
Belə ki, matçın ilk hissəsində yaşanan həlledici epizodda komanda yoldaşı Erlinq Haalanda ötürmə vermədiyi və fərdi oyuna üstünlük verdiyi iddiası ilə tənqid olunan təcrübəli hücumçu ölkəsində sərt reaksiyalarla üzləşib. O, norveçli azarkeşlər və futbol ictimaiyyəti tərəfindən kəskin tənqid hədəfinə çevrilib.
Hesabı 2-0 edərək matçı bağlamaq şansı olan Sörlot, tamamilə açıq mövqedə olan dünyaca məşhur ulduz Erlinq Haalanda ötürmə etmək əvəzinə, qapıya zərbə endirməyə çalışıb. Sörlotun eqoist qərarı rəqib müdafiənin yerləşməsinə imkan verib və zərbəsi hədəfdən yayınıb. Haaland bu açıq qol fürsətini qaçırdıqdan sonra açıq-aşkar məyus olub, lakin İngiltərə matçın qalan hissəsində 2-1 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.
Klub karyerası ərzində "Atletiko Madrid"də uğurlu mövsüm keçirən, lakin Dünya Kuboku boyunca heç bir qol vurmadan susqun qalan Sörlot, komandanın uduzmasından sonra demək olar ki, günahkara çevrilib. Norveç futbol azarkeşləri və idman mətbuatı təcrübəli oyunçunu həlledici anda zəif oyununa və eqoistliyinə görə sərt tənqid edib, onu komandanın uduzmasının əsas günahkarı kimi qələmə verib.
Ölkə daxilində reaksiyaların mərkəzinə çevrilən məşhurun sosial media paylaşımları cəmi 15 saat ərzində 100 mindən çox təhqiramiz mesaj alıb.
Aleksandr Sörlotun həyat yoldaşı Lena şiddətli reaksiyalardan sonra açıqlama verib. Tənqidlərə cavab olaraq Lena deyib ki, "Dünya Kuboku və futbol çox xoşbəxtlik gətirir, eyni zamanda çoxlu nifrət də gətirir. Mən buna diqqət yetirmək istəmirəm, amma bu kimi şərhlərdən sonra diqqət yetirməliyəm. Ümid edirəm ki, hər kəs bu cür şərhlər verməzdən əvvəl bir az daha düşünər".
Gülayə Mecid































.jpg)
.jpg)






.jpg)

.jpg)












