Baham adalarında yüngül təyyarənin qəzaya uğraması nəticəsində 10 nəfər həlak olub.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, qəza Şimali Andros adasında baş verib . Nassaudakı Lynden Pindling Beynəlxalq Hava Limanından qalxan Cessna 402 təyyarəsi San Andros Hava Limanına gedərkən qəzaya uğrayıb.