İyulun 10-da Zirə Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində yerləşən Transformator Məntəqəsində (TM) iməclik işləri həyata keçiriləcək. Bununla əlaqədar saat 09:00-dan 12:00-dək Zirə qəsəbəsi Seyid Əzim Şirvani, Ağamalıoğlu, Nadir Hüseynov küçələri, Yeni sahə yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

“Azərişıq” ASC-dən "Unikal"a bildirilib ki, həmin tarixdə Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində TM-də aparılacaq təmir işləri ilə əlaqədar planlı fasilə saat 10:00-dan 13:00-dək Abdulla Şaiq, Əli bəy Hüseyzadə, Balababa Məcidov, Nabat Aşurbəyova, Mirzə Fətəli Axundzadə küçələrinin bəzi ərazilərini əhatə edəcək. Həmçinin Nizami RETSİ ərazisindəki TM-də görüləcək təmir-təftiş işləri zamanı eyni saatlarda Cəmşid Naxçivanski və Bəhruz Nuriyev küçələri gərginliksiz qalacaq. Suraxanı RETSİ-nə daxil olan Əmircan qəsəbəsində isə TM-də təmir işləri icra olunarkən Elxan Həsənov, Şəfəq ve Neftçi küçələrində enerjinin verilişində fasilə olacaq.

Paytaxtla yanaşı, Abşeron rayon ərazisində də iyulun 10-da fasilələr yaranacaq. Abşeron RETSİ-nə daxil olan Masazır qəsəbəsində 35 kV-luq yeni elektrik şəbəkəsi qurulur. Yenidənqurma işləri aparılarkən 400 kVA gücündə Komplekt Transformator Məntəqəsini (KTM) qidalandıran elektrik xətti açılacağı üçün Rafiq Dünyamalıyev küçəsinin 1-7-ci döngələrində saat 10:00-dan 16:00-dək gərginlik olmayacaq.

İyulun 10-da Yardımlı Elektrik Şəbəkəsi (EŞ) ərazisində 35/10 kV-luq “Aruz” yarımstansiyasından çıxan 35 kV-luq “Yardımlı-3” hava xəttində təmir işləri həyata keçiriləcək. Beləliklə, saat 12:30-dan 14:30-dək kimi şəhər ərazisi, eləcə də Bozayran, Çayüzü, Köryədi, Kürəkçi, Ostayır, Peştəsər, Şəfəqli, Vəlixanlı, Vərgədüz kəndlərinin bir hissəsində enerjinin verilişində fasilə olacaq.

Aparılan təmir-bərpa və yenidənqurma işləri yekunlaşdıqdan sonra yuxarıda qeyd olunan ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcək.