Gəncədə xəstəxanaya müayinə üçün müraciət edən qadın vəfat edib.
"Unikal" xəbər verir ki, hadisə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində fəaliyyət göstərən tibb müəssisələrindən birində qeydə alınıb.
İlkin məlumata görə, 1958-ci il təvəllüdlü Z.Cəfərova qarın boşluğunun MRT müayinəsi üçün xəstəxanaya gəlib. Müayinə ərəfəsində onun səhhəti qəfil pisləşib.
Bildirilir ki, tibb personalı tərəfindən dərhal təcili tibbi yardım göstərilsə də, qadının həyatını xilas etmək mümkün olmayıb. Onun hadisə yerində vəfat etdiyi müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.








.png)




.png)




















.jpg)











.jpg)




