Ağdam rayonunda, Xaçınçay su anbarında üç nəfər batıb.
Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, axtarışlar nəticəsində dalğıclar tərəfindən 1985-ci il təvəllüdlü İsgəndərov Şərif Şəmsəddin oğlunun, 2008-ci il təvəllüdlü İsgəndərov Tunar Şərif oğlunun və 2009-cu il təvəllüdlü İsgəndərova Fidan Şərif qızının meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
Ağdam rayonunda faciəli hadisə baş verib.
"Unikal" xəbər verir ki, hadisə rayonun Xaçındərbənd kəndi ərazisində yerləşən Xatın su anbarında qeydə alınıb. İlkin məlumata görə, bir kişi iki azyaşlı övladı ilə birlikdə su anbarında çimən zaman batıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.











.png)





.png)




















.jpg)











.jpg)
