Xəbər verdiyimiz kimi, İranın mərhum Ali Dini Lideri Seyid Əli Xameneinin və ailəsinin Tehranda vida mərasimi keçirilir. Mərasim 4-5 iyul tarixlərində də Tehrandakı Mosalla kompleksində davam edəcək, daha sonra cənazə Qum şəhərinə yola salınacaq.
Qum şəhərində vida mərasimindən sonra Ayətullah Seyid Əli Xamenei öz vəsiyyətinə uyğun olaraq iyulun 9-da Məşhəddə torpağa tapşırılacaq.
"Unikal"ın məlumatına görə, bunun fonunda CNN diqqət çəkən xəbər yayımlayıb.
Telekanal qeyd edir ki, Xameneinin dəfn mərasiminin keçiriləcəyi tarixlər xüsusilə seçilib. Məlumata görə, mərhum liderin iyulun 4-də vida mərasiminin keçirilməsi təsadüfi görünmür və bunun ABŞ-nin Müstəqillik Günü ilə əlaqəli simvolik mesaj olduğu ehtimal edilir.

Bu il ABŞ-də Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin 250 illiyi qeyd olunur və həmin gün ABŞ prezidenti Donald Trampın da çıxış edəcəyi gözlənilir. Həmçinin, CNN diqqətə çatdırıb ki, Xameneinin dəfn mərasimi Məhərrəm ayına təsadüf edir və bu amilin də mərasimin dini və siyasi əhəmiyyətini artırır.

Xatırladaq ki, Seyid Əli Xamenei 28 fevralda ABŞ və İsrailin Tehrana birgə hücumu zamanı yaxın ailə üzvləri ilə birlikdə öldürülüb.
İran rəsmilərinin məlumatına görə, Xamenei ailəsinin dəfn mərasimində 15-20 milyon insanın iştirak edəcəyi gözlənilir.
Gülayə Mecid














.jpeg)












.jpg)























