Avropa İttifaqı Şurası Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini rəsmi olaraq bir il uzadıb.

"Unikal" xəbər verir ki, qərar 18–19 iyunda Brüsseldə keçirilən Aİ sammitində əldə olunan razılaşmaya əsasən qəbul edilib. Bununla da, 2014-cü ildən tətbiq olunan və indiyədək hər altı aydan bir uzadılan iqtisadi sanksiyalar bundan sonra ildə bir dəfə yenilənəcək.