ABŞ-nin Merilend ştatında "Piper Cherokee" yüngülmotorlu təyyarəsi qəzaya uğrayıb.

"Unikal" xəbər verir ki, nəticədə pilot və iki sərnişin həlak olub.

Məlumata görə, təyyarə Nyu-Cersi ştatının Ouşen Siti şəhərindən yola düşüb və Montqomeri dairəsi hava limanına gedirmiş. 

Qəzanın səbəbi hələ də məlum deyil. Təyyarə, ehtimal edilir ki, yerli uçuş məktəbinə məxsusdur və təlim uçuşu zamanı qəzaya uğramış ola bilər.