İyunun 26-da Ermənistan Konstitusiya Məhkəməsi 7 iyun parlament seçkilərinin nəticələrinə etiraz edən yeddi iddianı dinləyəcək.
"Unikal" xəbər verir ki, 19 iyunda yeddi siyasi qüvvə — Güclü Ermənistan, Çiçəklənən Ermənistan, Ermənistan, Birlik Qanadları, Demokratiya, Qanun, Nizam, Respublika Naminə Demokratiya Müdafiəçiləri Birliyi və Yeni Qüvvə — seçki nəticələrinin ləğvi tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət ediblər.
“Bu işlərin eyni məsələ ilə bağlı olduğunu nəzərə alaraq, onlar birləşdirilib və 26 iyun saat 11:00-da keçiriləcək tək məhkəmə iclasında dinləniləcək. Konstitusiya Məhkəməsinin hakimi Edqar Şatiryan iş üzrə məruzəçi təyin edilib. Birləşdirilmiş işin dinləməsi şifahi olacaq”, - deyə bəyanatda bildirilir.















































.webp)







