Azərbaycanda mülki təyinatlı avtonom pilotsuz uçuş aparatlarının (PUA) dövriyyəsi xüsusi icazə tələb edən əşyalar siyahısına əlavə olunur.
"Unikal" xəbər verir ki, bununla bağlı məsələ Milli Məcisin bu gün keçirilən iclasında müzakirə edilən “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” qanuna dəyişiklik təklif edilir.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Anar Kəlbiyev



















































