ABŞ-nin vitse-prezidenti C.D.Vens İranla anlaşma memorandumu imzalamaq üçün İsveçrəyə səfər etməyəcək.
"Unikal" xəbər verir ki, bunu Ağ Ev sözçüsü açıqlamasında bildirib.
"Hazırda vitse-prezident bu gün yola düşməyəcək. Növbəti addım barədə konkret məlumat əldə edən kimi sizə məlumat verəcəyik",. - açıqlamada qeyd olunub.
Bundan əvvəl danışıqlarda C.D. Vensin iştirakı yüksək səviyyədə gözlənilir. Rəsmi şəxsin səfərinin təxirə salınmasının səbəblərindən biri İran tərəfinin Livandakı vəziyyətlə bağlı irəli sürdüyü tələblər ola bilər.
Lakin bir gün əvvəl Vens İranla danışıqlar aparmaq üçün İsveçrəyə getmək niyyətində olduğunu təsdiqləmişdi.
Qeyd edək ki, İran və ABŞ arasında bu həftə imzalanan anlaşma memorandumuna əsasən, iki tərəf İranın nüvə proqramının taleyi ilə bağlı 60 günlük texniki danışıqlar aparmağı planlaşdırır.
Gülayə Mecid

















.jpg)

































