Rusiya Prezidenti Vladimir Putin Kazanda keçirilən Rusiya-ASEAN Zirvə Görüşü çərçivəsində 16-17 iyun tarixlərində Rusiya xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə Rusiyada iki günlük səfərdə olan Türkiyə XİN rəhbəri Hakan Fidanla görüşüb.
"Unikal" xəbər verir ki, görüş Tatar Dövlət Akademik Teatrında baş tutub. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun verdiyi məlumata görə, danışıqlar Türkiyə tərəfindən təşəbbüs göstərilib və Fidanın Rusiya lideri ilə görüşmək istəyi təmin edilib.
Putinlə görüşdən əvvəl Fidan Lavrovla danışıqlar aparıb və Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşüb. Bu görüşlər zamanı ikitərəfli əməkdaşlıq, Ukraynadakı vəziyyət və Moskva ilə Kiyev arasında gələcək danışıqların perspektivləri müzakirə olunub. Fidan bildirib ki, Türkiyə Rusiya-Ukrayna danışıqları üçün platforma təmin etməyə davam etməyə hazırdır və diplomatiyaya qayıtmağı prioritet hesab edir. O, həmçinin vurğulayıb ki, Ankara mülki əhaliyə hücumları qəbul etmir və kökündən pisləyir.





.jpg)














.jpg)
























.jpeg)








