İntensiv danışıqlardan sonra məmnuniyyətlə Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Sülh Sazişinin əldə edildiyini elan edirik.
"Unikal" xəbər verir ki, bu barədə Pakistan Baş Naziri Şahbaz Şərif elan edib. O bildirib ki, hər iki tərəf Livan da daxil olmaqla, bütün cəbhələrdə hərbi əməliyyatların dərhal və birdəfəlik dayandırıldığını bəyan edib.
Rəsmi imzalanma mərasimi iyunun 19-da İsveçrədə keçiriləcək.
“Münaqişənin diplomatik həlli tapılmasına sadiq olduqları üçün Amerika Birləşmiş Ştatlarına və İran İslam Respublikasına təşəkkür etmək istərdik,- deyə Ş.Şərif əlavə edib. O həmçinin Qətər, Səudiyyə Ərəbistanı Krallığı və Türkiyəyə verdikləri dəstəyə görə təşəkkür edib.
“Razılaşma artıq qüvvədə olduğundan, vasitəçilər bu həftə bir sıra görüşlər təşkil edəcəklər. Bu icradan əvvəlki müzakirələr texniki danışıqların və rəsmi imzalanma mərasiminin təməlini qoyacaq”,- deyə o vurğulayıb.














.png)








































