Futbol üzrə dünya çempionatında Meksika və Cənubi Afrika Respublikası (CAR) yığmaları arasında keçirilən A qrupunun görüşündə ikinci qol vurulub.
"Unikal" xəbər verir ki, paytaxt Mexikodakı "Mexiko Siti" stadionunda keçirilən matçda ev sahibləri hesab arasındakı fərqi artırıblar - 2:0.
67-ci dəqiqədə Raul Ximenez fərqlənib.
XXX
00:12
Futbol üzrə dünya çempionatında Meksika və Cənubi Afrika Respublikası (CAR) yığmaları arasında keçirilən A qrupunun görüşündə ikinci hissə başlayıb.
"Unikal" xəbər verir ki, paytaxt Mexikodakı "Mexiko Siti" stadionunda keçirilən matçda ev sahibləri 1:0 hesabı ilə öndədirlər.
Görüşü braziliyalı FIFA referisi Vilton Sampayo idarə edir.
XXX
11 iyun, 23:55
Meksikada təşkil olunan futbol üzrə dünya çempionatında Meksika və Cənubi Afrika Respublikası (CAR) yığmaları arasında keçirilən A qrupunun görüşündə birinci hissə başa çatıb.
"Unikal" xəbər verir ki, Paytaxt Mexikodakı "Mexiko Siti" stadionunda keçirilən matçda ilk hissədən sonra ev sahibləri 1:0 hesabı ilə öndədirlər.
Görüşü braziliyalı FIFA referisi Vilton Sampayo idarə edir.
XXX
23:14
Meksikada futbol üzrə DÇ-2026-nın ilk qolu vurulub
"Unikal" xəbər verir ki, Meksika - Cənubi Afrika (CAR) qarşılaşmasında meydan sahibləri hesabı açıblar.
Mexikodakı "Mexiko Siti" stadionundakı matçın 9-cu dəqiqəsində Juilan Kinones fərqlənib.
XXX
23:00
Futbol üzrə 2026-cı il dünya çempionatı start götürüb.
"Unikal" xəbər verir ki, mundial A qrupunda Meksika və Cənubi Afrika Respublikası (CAR) yığmaları arasında keçirilən açılış oyunu ilə başlayıb. Paytaxt Mexiko şəhərində yerləşən “Asteka” stadionunda təşkil olunan qarşılaşmanı braziliyalı FIFA referisi Vilton Sampayo idarə edir.
Bu qrupun digər matçı olan Cənubi Koreya-Çexiya görüşü iyunun 12-si Bakı vaxtı ilə səhər saat 06:00-da keçiriləcək.
Qeyd edək ki, dünya çempionatına iyulun 19-da yekun vurulacaq. ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi mundialda ilk dəfə 48 komanda mübarizə aparır.











































.jpeg)





.jpg)



