İngiltərənin “Arsenal” klubunun müdafiəçisi Qabriel Maqalyaes UEFA Çempionlar Liqasının finalında qaçırdığı penalti zərbəsindən sonra azarkeşlərdən böyük dəstək görüb.
"Unikal" “The Athletic” nəşrinə istinadən xəbər verir ki, braziliyalı futbolçunun adının yazıldığı formaların satışı Fransanın PSJ komandası ilə keçirilən həlledici qarşılaşmadan sonra 350 faiz artıb. Hətta müəyyən vaxt ərzində Qabrielin forma satışları digər futbolçuların göstəricilərini iki dəfə üstələyib.
2020-ci ildən London təmsilçisinin şərəfini qoruyan 28 yaşlı oyunçu bu müddətdə 261 görüşdə 24 qolla yadda qalıb.
Xatırladaq ki, Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da təşkil olunan qarşılaşmanın əsas vaxtı heç-heçə ilə başa çatıb - 1:1. Əlavə vaxtda da qalib müəyyənləşmədiyindən penalti zərbələrindən istifadə olunub. Burada daha dəqiq (4:3) oynayan PSJ ardıcıl ikinci dəfə Çempionlar Liqasının qalibi olub.





.jpg)










.jpg)


























.jpg)








