"Barselona"nı Sequndada (İspaniyanın I, səviyyəcə II Liqası) görmək istəyirəm. Bu, məni xoşbəxt edərdi".

"Unikal" xəbər verir ki, bu sözləri "Real Madrid"in baş tutacaq prezident seçkilərində əsas namizədlərdən biri kimi göstərilən Enrike Rikelme “OneFootball” nəşrinə açıqlamasında deyib.

O, “Kataloniya klubunun dağılmasını istərdinizmi” sualına belə cavab verib: “Xeyr, belə bir şey arzulamazdım. Amma mən hər zaman “Real Madrid”in qalib gəlməyini istəyirəm".

Qeyd edək ki, “Real Madrid”də prezident seçkiləri iyunun 7-də keçiriləcək. Seçkilərdə iki əsas namizəd – klubun hazırkı prezidenti Florentino Peres və ispaniyalı iş adamı Enrike Rikelme mübarizə aparacaq.