Azərbaycanın minifutbol millisinin AVRO-2026-nın 1/8 finalındakı rəqibi müəyyənləşib.

"Unikal" xəbər verir ki, Elşad Quliyevin baş məşqçilik etdiyi komanda Qazaxıstanla qarşılaşacaq. Görüş sabah keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. 

Qeyd edək ki, millimiz F qrupunda bütün matçlarda qalib gələrək 9 xalla lider olub.