Azərbaycandakı maliyyə institutlarının "Öz müştərini tanı" sisteminə qoşulması nəzərdə tutulur.

"Unikal" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Sənədə əsasən, paylanılmış "Öz müştərini tanı" sisteminə qoşulan maliyyə institutlarının payının 30 % çatdırılması hədəflənir. 2025-ci ildə bu göstərici 0 % olub.

Bundan başqa, proqramda deyilir ki, ödəniş xidməti təchizatçılarının "Açıq bankçılıq" modelini tətbiq etməsi, onların payının indiki 0 %-dən 10 %-ə çatdırılması nəzərdə tutulur.