Baş məşqçi vəzifəsi üçün Joze Mourinyo ilə anlaşan İspaniyanın “Real Madrid” komandası heyətlə bağlı ciddi islahatlar aparacaq.

"Unikal" xəbər verir ki, “kral klubu” daha yaxşı heyət formalaşdırmaq üçün 10 futbolçusunu sata bilər. Yeni oyunçuların seçimi zamanı isə əsas diqqət ada və ya keçmiş nailiyyətlərə deyil, intizam və psixoloji möhkəmliyə yönələcək.

İddiaya görə, satışa çıxarılacağı gözlənilən futbolçular arasında Vinisius Junior, Eduard Kamavinqa, Daniel Sebalyos, Ferlan Mendi, Andrey Lunin və Qonsalo Qarsiya kimi adlar da var. Federiko Valverde və Orelyen Çuameni ilə bağlı qərar isə daha sonra qəbul olunacaq.

Qeyd edək ki, hazırda “Benfika”nın baş məşqçisi olan Joze Mourinyonun “Real Madrid”ə təyinatı yaxın günlərdə açıqlanacaq.