"Ermənistan ilk dəfə zavod istehsalı olan D-30 haubitsalarından 2023-cü ildə istifadə edib. Bundan əvvəl onun bütün artilleriyası 1950-ci və 1960-cı illərə aid idi".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan seçki kampaniyası mitinqində açıqlayıb.
O, Serj Sarkisyanın (Ermənistanın üçüncü prezidenti – red.) 1980-ci illərin silahlarından danışarkən şişirtməyə yol verdiyini deyib.
O, əlavə edib ki, bu silahlar əslində 1960-cı və 1970-ci illərə aiddir. "Onlar ən son nəsil silahlardan istifadə ediblər, çünki digər ölkələr artıq ehtiyac duymadıqları üçün silahları Ermənistana göndəriblər. Biz 28 mayda İrəvanın Respublika Meydanında ordunun, silahların və texnologiyanın nə olduğunu nümayiş etdirəcəyik", - deyə Paşinyan qeyd edib.
















.jpg)










.jpg)





























