2025-ci ildə Azərbaycanda ana ölümü üzrə 26 hal qeydə alınıb.

"Unikal"ın məlumatına görə, 2024-cü ilə nisbətən 2025-ci ildə hər 100 000 nəfər diri doğulana hesabı ilə ana ölümü şəhər yerlərində 12.2-dən 22.1dək artıb, kənd yerlərində isə 43.4-dən 31.7dək azalıb.

2024-cü ilə nisbətən 2025-ci ildə hər 1000 nəfər diri doğulana hesabı ilə körpə ölümü qızlarda 12.8-dən 13.0-dək artıb, oğlanlarda 14.8dən 14.3dək azalıb. Bütövlükdə oğlan uşaqlarının ölümü qız uşaqlarına nisbətən daha yüksəkdir.