Nəsimidə yeniyetməni bıçaqlayaraq öldürməyə cəhddə təqsirləndirilənlər - Elman Bağırzadə, Fikrət Bağırov, Yaşar Yəmənov və Akif Camalova (red-adlar, soyadlar şərtidir) cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş barədə məhkəmə daxil olan tibb ekspertizanın rəyin nəticə hissəsi elan edilib. 

Rəydə göstərilib ki, zərərçəkmiş Səməd Həsənov hipoksit xəstəliyindən əziyyət çəkdir. Onun homotoz vəziyyətdə olduğu üçün məhkəmə iclaslarında iştirak etməsi mümkün deyil.

Daha sonra zərərçəkmiş şəxsin vəkili Ceyhun Yusifovun prosesə buraxılması ilə bağlı tərəflərin mövqeyi öyrənilib. Tərəflər ərizənin qəbul edilməməsini istəyiblər. 

Ceyhun Yusifov isə bütün sənədlərin kifayət qədər düzgün olduğunu və ərizənin qəbul edilməsini məhkəmədən xahiş edib.

Məhkəmə müşavirəyə gedib qayıtdıqdan sonra sonra qərarı qəbul edib. Qərara əsasən, zərərçəkmişin vəkili müvəqqəti prosesə buraxılmasın. Belə ki, zərərçəkmişin səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak etmək imkanı olmadığına görə ona nümayəndənin təyin edilməsi mülki icraat qaydasında müəyyən olunmalıdı. 

Bu səbəbdən vaxt verildi ki, məhkəməyə müraciət edib mülki qaydada patronaj təyin olunsun. Ondan sonra vəkil Ceyhun Yusifov zərərçəkmiş şəxsin nümayəndəsi kimi işə buraxılacaq.

Bu səbəbdən məhkəmə avqust 6-na təyin edildi.

Qeyd edək ki, hadisə 2025-ci il iyunun 8-də paytaxtın Nəsimi rayonunda baş verib.

Belə ki, cinayət işinin başlanmasına səbəb və Elman Bağırzadənin (red-ad, soyad şərtidir) və qeyrilərinin paytaxtın Nəsimi rayonu Neftçilir prospekti 145 ünvanında yerleşen yaşayış bınasının həyətində Səməd Həsənova silah qismində istifadə edilən bıçaqla xəsarətlər yetirərək xuliqanlıq etmələri olub. 

Təqsirləndirilən şəxslərdən - Elman Bağırzadə Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29,120.2.7-ci (qəsdən iki və ya daha çox şəxsi öldürməyə cəhd etmə) və 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə), Fikrət Bağırov (red-ad, soyad şərtidir), Yaşar Yəmənov və Akif Camalova qarşı (red-ad, soyad şərtidir) Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. 

Xatırladaq ki, Fikrət Bağırov, Yaşar Yəmənov və Akif Camalova (red-adlar, soyadlar şərtidir) barələrində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. 

Orxan Rasifoğlu