“Friends” serialının mərhum ulduzu Metyu Perrinin şəxsi əşyaları ABŞ-də hərraca çıxarılacaq.
"Unikal" xəbər verir ki, satışa serialın 26 orijinal ssenarisi (aktyor heyətinin imzaları ilə), fotoalbom, şəxsi məktub, 1995-ci il Screen Actors Guild Award mükafatı və Banksy ilə Mel Bochnerə aid əsərlər daxildir.
Əşyalar 18–29 mayda Beverli-Hillzdəki "Heritage Auctions" salonunda nümayiş olunacaq, gəlir isə "Matthew Perry Foundation"a bağışlanacaq.
Qeyd edək ki, aktyor 2023-cü ilin oktyabrında Los-Ancelesdə vəfat edib.

















.png)




.jpg)








.jpg)







.jpg)











