"Siz deyirdiniz ki, Azərbaycan Ermənistan ordusunun məsuliyyəti altında olan ərazilərdən səddi keçib. Bununla fraksiyanızın rəhbərinin (Seyran Ohanyan - red.) sözlərinə istinad edirsiniz. Niyə fraksiyanızın rəhbəri konkret ərazilərdən danışmır? Məsələn, Cəbrayıl istiqamətində oğlunun hansı məsuliyyət daşıdığını demir?"

"Unikal" xəbər verir ki, bunu erməni deputat Vahaqn Aleksanyan müxalifətdəki həmkarlarının ittihamlarına cavab olaraq deyib. 

Onun sözlərinə görə, Cəbrayıldakı tank alayının komandiri Seyran Ohanyanın oğlu idi: "Çox şübhəli bir dövrdə qəribə bir yara alıb qoşunlarını geridə qoyaraq getdi.

Oğullarınızdan heç biri o müharibədə vuruşmayıb. Liderinizin nəvələri Amerikada necə doğulubsa, orada da qalacaqlar". 

Ağarza Elçinoğlu