İran hakimiyyəti Hörmüz boğazından gəmilərin keçidini tənzimləmək üçün yeni bir sistemin yaradıldığını və istifadəyə verildiyini açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Məlumata əsasən, boğazı keçməyi planlaşdıran gəmilər İran hakimiyyət orqanlarına məlumat verdikdən sonra gəmilərin hərəkəti qaydaları ilə bağlı elektron mesaj almalıdırlar. Bu tələblərlə razılaşdıqdan sonra onlara tranzit icazəsi verilir.
Xüsusi olaraq yaradılan yeni dövlət qurumunun bu cür icazələrin verilməsi ilə məşğul olacağı vurğulanıb.






































.jpg)










