UEFA Çempionlar Liqasında 1/8 finalın cavab görüşlərinə yekun vurulub.
"Unikal" xəbər verir ki, Türkiyənin “Qalatasaray” komandası səfərdə “Liverpul”un qonağı olub. Qarşılaşma İngiltərə klubunun 4:0 hesablı qələbəsi ilə bitib.
*** 01:14
İkinci hissə başladı. İstanbul təmsilçisinin heyətində Viktor Osimhen qolundan zədələndiyi üçün fasilədə əvəzlənib.
"Unikal" xəbər verir ki, Huqo Ekitike 51-ci dəqiqədə, Rayan Gravenberx 53-cü dəqiqədə komandasınnın hesabına qol yazdırır.
Vilfred Sinqonun 56-cı dəqiqədəki avtoqolu ofsayd səbəbindən qeydə alınmayıb.
62-ci dəqiqədə Məhəmməd Salah hesabı 4:0 edir.
*** 00:28
Oyunda hesab açılıb.
"Unikal" xəbər verir ki, Dominik Soboslai 25-ci dəqiqədə "Qalatasaray"ın qapısına qol vurub.
*** 00:10
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində günün ən maraqlı matçlarından biri İngiltərədə oynanılır.
"Unikal" xəbər verir ki, "Liverpul" Türkiyənin "Qalatasaray" klubu ilə üz-üzə gəlir.
