Leysan yağışları Yunanıstanda genişmiqyaslı daşqınlara səbəb olub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hakimiyyət orqanları Peloponnes və Afinada əlverişsiz hava şəraiti səbəbindən iki nəfərin öldüyünü təsdiqləyib.

Meteorologiya xidməti yağışlı hava şəraitinin bu gün bütün ölkə ərazisində davam edəcəyini bildirib.