Bakıda 25 yaşlı oğlan dəm qazından boğularaq ölüb.

"Unikal" xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib. 2001-ci il təvəllüdlü Əhmədzadə Əhməd Sahib oğlu hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Həmçinin Biləcəri qəsəbəsində 2006-cı il təvəllüdlü Fərəc Rzayev hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Bu gecə saat 01 radələrində isə 2016-cı il təvəllüdlü Uğur Samid oğlu Vəlizadə yaşadığı Binəqədi rayonu E.Babayev küçəsindəki evin hamam otağında dəm qazından zəhərlənib. Yaxınları tərəfindən xəstəxanaya çatdırılan 10 yaşlı oğlan vəfat edib.

Xəzər rayonunda isə 2 nəfər dəm qazının qurbanı olub. Buzovna qəsəbə sakini 2012-ci il təvəllüdlü Əli İsmayıl oğlu Nəsirov və Binə qəsəbə sakini 1993-cü il təvəllüdlü Bədəl Hüseynağa oğlu Əzimov yaşadıqları evin hamam otaqlarında dəm qazından zəhərlənərək ölüblər.

Hər bir faktla bağlı müvafiq araşdırmalar aparılır.