Türkiyənin “Samsunspor” komandasının UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.

"Unikal" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Superliqa təmsilçisi bu mərhələdə Şimali Makedoniyanın “Şkendiya" kollektivi ilə qarşılaşacaq.

İlk oyun fevralın 19-da Şimali Makedoniyada təşkil olunacaq.

Pley-off mərhələsinin digər cütləri

KuPS – “Lex”

“Zrinski” – “Kristal Pelas”

“Siqma” – “Lozanna”

“Omoniya” – “Riyeka”

“Drita” – “Çelye”

"Noa" - “AZ Alkmaar”

"Yagelloniya" – “Fiorentina”