Dövlət bankı "Azər Türk Bank" tərəfindən bir il müddətinədək verilən istehlak kreditlərinin illik faiz dərəcəsi 10,5% səviyyəsindədir. 

"Unikal" xəbər verir ki, bu kreditlər üzrə xidmət haqqı 0%-dir.

Qeyd edək ki, kredit götürən şəxsin aylıq gəlirindən asılı olaraq, kreditlər üzrə illik faiz dərəcəsi və xidmət haqqı məbləği dəyişir.

Hər bir müştərinin ortaaylıq rəsmi gəlirindən asılı olaraq, zaminlə və ya zaminsiz ala biləcəyi kreditin maksimal məbləği 40 000 manatdır.

"Azər Türk Bank"ın saytında krediti online sifariş vermək olar.

Kampaniya 2026-cı il 10 yanvar daxil olmaqla, həmin tarixədək davam edəcəkdir.