Dövlət bankı "Azər Türk Bank" Bakıda keçirilən IX Beynəlxalq Bankçılıq Forumunun işində (“IBF 2025”) rəsmi tərəfdaş olaraq iştirak edib. 

"Unikal" xəbər verir ki, “Mastercard” tərəfdaşlığı çərçivəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə “Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq” devizi altında keçirilən forum regionun ən nüfuzlu maliyyə-bank tədbiridir.

Forumda maliyyə sektorundakı innovasiyalarla bağlı sərgi də nümayiş etdirilib. Sərgidə "Azər Türk Bank"ın stendi qurulub. Burada Banka məxsus atb360 mobil əlavəsində rəqəmsal atb debit kartının və tətbiq vasitəsilə istehlak kreditinin sürətli rəsmiləşdirilməsini yerinə yetirən xidmətlər forum iştirakçılarının marağına səbəb olub. 

İştirakçılardan atb card debit kartı və istehlak krediti əldə etmək istəyənlər yerindəcə telefonlarına App Store və ya Google Play-dən atb360 mobil tətbiqini yükləməklə, əməkdaşlarımızın dəstəyi ilə saniyələr ərzində, rahatlıqla bu xidmətlərdən faydalanmışlar.

Bundan əlavə, Bank forumun devizinə uyğun olaraq etibarlı və təhlükəsiz bank əməliyyatları mövzusunda iştirakçılar üçün öz stendində interaktiv “atb safe” oyunu təşkil edib və mövzuya aid viktorina keçirib.