"Gələn il yanacağın qiymətləri ilə bağlı ictimaiyyətdə suallar var. Çünki yol vergisindən daxilolmaların 45,5 milyon manatdan 131 milyon manata çatacağı proqnozlaşdırılıb".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Zahid Oruc deyib. 

"Hesablama Palatası satış həcminin dəyişməcəyini bildirirsə, qiymət artımı ehtimalı barədə aydınlıq gətirilməsi iqtisadiyyata müsbət siqnal olardı", - deyə deputat bildirib.

Anar Kəlbiyev