"Müzakirələrin gedişində aşağı artım tempini büdcə zərfinin zəif bəndi kimi, az qala maliyyə böhranı kimi xarakterizə edənlər də oldu. Bu fikirlər mövcud reallıqları doğru-düzgün əks etdirmir və dövlətin iqtisadi siyasətini təhrif edir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov deyib.
Komitə sədri bildirib ki, 2026-cı ildə gəlirlərin 253 milyon manat, xərclərin isə 296 milyon manat olmaqla, 0,7% mühafizəkar artımı dövlət büdcəsinin zəif deyil, güclü tərəfidir:
"Neft Fondundan büdcəyə transfert azalmasa idi, həm gəlir, həm də xərclər 5 faizə kimi arta bilərdi. Lakin bu cür artımlar dayanqılı büdcə prinsipi ilə uzlaşmır, orta və uzunmüddətli dövrdə ciddi fiskal risklər yarada bilər".
Anar Kəlbiyev



.jpg)





.jpg)

.jpg)

.jpg)

.jpg)









.jpeg)
.jpg)
























.png)
.jpeg)



