Türkiyəli məşhur aktrisa Özgü Namal övladları ilə birlikdə avtomobil qəzasına düşüb.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə səhər saatlarınada Beykozda baş verib. Qəzadan sonra xəstəxanaya yerləşdirilən aktrisa və övladlarının səhhəti normaldır.
Hadisəyə görə "Kıskanmak" serialının çəkilişləri iki gün dayandırılıb və aktrisanın avtomobili yararsız hala düşüb.
