Portuqaliyalı hücumçu Kriştiano Ronaldo dünya çempionatının seçmə mərhələsində vurulan qolların sayına görə yeni dünya rekordu qırıb.

"Unikal" xəbər verir ki, Macarıstanla matçda Ronaldo dünya çempionatının seçmə mərhələsində 40-cı qolunu vuraraq, qvatemalalı Karlos Ruisin əvvəlki 39 qolunu geridə qoyub.

Lissabonda keçirilən ev matçının 22-ci dəqiqəsində vurulan qol Portuqaliyaya hesabı bərabərləşdirməyə imkan verib.