Fransanın nəhənglərindən Paris Sen-Jermen (PSJ) “Barselona”nın gənc ulduzu Lamin Yamal üçün iddiasını davam etdirir.

"Unikal"  fanat-a istinadən xəbər verir ki, 18 yaşlı vinger Paris klubunun əsas transfer hədəfidir.

Bu barədə məlumatı tanınmış jurnalist Romain Molina yayıb.

Gənc futbolçunun “Barselona” ilə müqaviləsinin müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulsa da, Fransa nəhənginin idarəçiləri onu gələcəkdə heyətə qatacaqlarına inanırlar.