Xəbər verdiyimiz kimi, Əməkdar artist Cabir İmanov bu gün Bakıda idman zalında infarktdan vəfat edib.
"Unikal" xəbər verir ki, aktyorun ölümü bağlı məşhurlar sosial media hesablarında paylaşımlar ediblər.
Əməkdar artist Abbas Bağırov mərhum aktyorla şəkillərinə "Kaş bu xəbər doru olmayardı. Cabir, Allah sənə rəhmət eləsin. Sən yaxşı insan, yaxşı dost idin" deyə yazıb.
Xalq artisti Alim Qasımov C.İmanovla fotolarını yayımlayaraq bunları yazıb: "Hər kəsin üzündə gülüş yaradan qəlbi gözəl sənətkar Cabir qardaşımız, çox tez köçdün bu dünyadan. Allah sənə rəhmət eləsin, nurlar içində yat. Qəlbimizdə səhnəmizdə hər zaman yerin görsənəcək...".
Müğənni Eyyub Yaqubov da C. İmanovun fotosunu yayımlayaraq, "Allah rəhmət eləsin mənim əziz qardaşım", sözünü yazıb.
Aparıcı Leyla Quliyeva "Bu, sənin ən pis zarafatın oldu, Cabir" deyə, paylaşımında bildirib.
Müğənni Elçin Cəfərov isə "Yaxşı adamlar dünyadan tez köçür. Cabir Allah sənə rəhmət eləsin!", - qeydini edib.
***
Xəbər verdiyimiz kimi, Əməkdar artist Cabir İmanov bu gün dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, müğənni Zamiq Hüseynov sosial şəbəkə hesabından ötən gecə mərhum aktyorla toyda olduqlarını yazıb.
"Dünən bir yerdə toyda idik. Qucaqlaş, öp, bağrına bas, rəqs et, sən demə, sonuncu dəfə imiş. Çox heyif! Yaxşı insan, gözəl dost, Allah sənə rəhmət eləsin! Vaxtsız getdin! Hər zaman qəlbimizdə gülər üz, pozitiv, nümunəvi bir insan kimi qalacaqsan. Məkanın cənnət olsun, dostum", - deyə müğənni qeyd edib.
