Rusiya hərbi təyyarələri Hokkaydo adasının şimalında Yaponiyanın hava sərhədlərini pozub.
"Unikal" xəbər verir ki, bu barədə Yaponiya hakimiyyəti açıqlama yayıb.
Müvafiq bəyanatı jurnalistlərə hazırda ABŞ-də səfərdə olan baş nazir Fumio Kişidanı əvəz edən Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi deyib.
Nazirlər Kabinetinin baş katibi bildirib ki, Rusiya tərəfinə insidentlə bağlı qəti etirazını bildirəcək.
Ağarza Elçinoğlu




.jpg)





































.png)











