Qarabağdakı separatçıların liderlərindən biri olan, "DQ Təhlükəsizlik Şurası"nın keçmiş katibi Vitali Balasanyana qarşı cinayət təqibi dayandırılıb.
"Unikal" xəbər verir ki, bu barədə Sputnik Ermənistan-a Balasanyanın vəkili Rafael Martirosyan məlumat verib .
Onun sözlərinə görə, Balasanyan hələ Qarabağda olarkən iş bağlanıb.
“Mənə bununla bağlı heç bir prosessual sənəd daxil olmayıb, sadəcə (səlahiyyətli orqanlar tərəfindən - red.) mənə dedilər ki, iş bağlanıb, bu baş verəndə Qarabağda vəziyyət onsuz da çox ağır idi və müstəntiqlər obyektiv səbəblərdən heç bir sənəd təqdim edə bilmədim”, - Martirosyan bildirib.
Müdafiə tərəfinin Ermənistanda ona belə bir sənədin təqdim olunacağını gözlədiyini soruşduqda, Martirosyan bildirib ki, vəziyyət hələ də son dərəcə qeyri-müəyyəndir, hətta gözləntilərdən danışmaq belə mümkün deyil.
Xatırladaq ki, bir gün əvvəl Martirosyan Balasanyanın Ermənistan Milli Təhlükəsizlik Xidmətində dindirilməsi ilə bağlı məlumatı təsdiqləyib .
İyulun 13-də Balasanyan, oğlu və əmisi oğlu Qarabağın Əsgəran şəhərindəki evində saxlanılıb. Balasanyan əmlak oğurluğu, qanunsuz silah, döyüş sursatı və narkotik saxlama, habelə hökumət rəsmisinə qarşı zorakılıqla hədələmə maddələri ilə ittiham olunub.












.png)









.jpg)
















.webp)



.jpg)








