Xilasedicilər Maui adasında yanğınlardan sonra itkin düşən 1000-dən çox insanı hələ də axtarırlar.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Havay adalarının qubernatoru Coş Qrin yerli mətbuata açıqlamasında deyib.
Onun sözlərinə görə, axtarışlar daha bir neçə həftə çəkəcək.
"1000-dən çox itkin düşüb, təxminən 1050. Onların tapılması daha bir neçə həftə çəkəcək. Təsirə məruz qalan ərazilərin 85%-i yoxlanılıb. İndi biz böyük binaları yoxlayırıq, bunun üçün mərtəbələrin və konstruksiyaların təmizlənməsi tələb olunur. Qalan 15% isə həftələr çəkə bilər", - deyə o, bildirib.
Qeyd edək ki, Mauidəki meşə yanğını avqustun 9-da başlayıb, yanğın sürətlə güclü külək nəticəsində tamamilə yanmış turistik Lahaina şəhərinə keçib. Bundan əvvəl Havay adalarında baş verən yanğınlarda ölənlərin sayının 101 nəfərə yüksəldiyi bildirilirib.
Gülayə Mecid























.jpg)











.jpg)





.jpg)



.jpg)




.jpg)



.jpg)
