Şirvanda yol qəzası törədib hadisə yerindən qaçan sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Unikal"a verilən xəbərə görə, Salyan Rayon Polis Şöbəsinə martın 21-də saat 22 radələrində şəhər sakini P.Xəlilovanın yolu keçərkən müəyyən edilməmiş avtomobillə vurulması nəticəsində aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Mitsubishi” markalı avtomobillə törədilməsi müəyyən edilib və həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini R.Həbibi saxlanılıb.
Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.



.jpg)





.jpg)

.jpg)

.jpg)

.jpg)









.jpeg)
.jpg)
























.png)
.jpeg)



