Şəmkirdə yol nəqliyyat hadisəsi baş verib.
"Unikal"-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Sarıtəpə kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ 2106" markalı avtomobil aşıb. Qəza zamanı sürücü 1990-cı il təvəllüdlü Vasif Qasımov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə təcili tibbi yardım birqadası və DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov







.jpeg)
.jpg)












.jpg)












.png)
.jpeg)





.jpg)
.jpg)

.jpg)



.jpg)




