Sumqayıtda qaynatası və qaynanasına xəsarət yetirən şəxs barəsində cinayət işi başlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Unikal.org-a bildirilib ki, Sumqayıt şəhəri ərazisində 03.06.2021-ci il tarixdə Namiq Ələkbərovun qaynatası və qayınanasına yaşadıqları evlərində xəsarət yetirməsi ilə bağlı Sumqayıt şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
Namiq Ələkbərov CM-nin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Hazırda Sumqayıt şəhər polis idarəsində istintaq davam edir.
















.jpg)













.jpg)





.jpg)

.jpg)

.jpg)

.jpg)









